Xeyir-şər evi istifadəyə verildi

xeyir-ser-evi-istifadeye-verildi-
Oxunma sayı: 3877


“Qafqazinfo”ya daxil olan məlumata görə, mərasimdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov qəsəbə sakinləri ilə görüşərək prezident İlham Əliyevin tapşırığı ilə Qaradağ rayonunda həyata keçirilən tədbirlərdən, görülən işlərdən söz açaraq, rayonun inkişaf və abadlaşdırılması perspektivləri, yaradılacaq yeni infrastruktur layihələr barədə ətraflı məlumat verib. Rayonumuza hər zaman hərtərəfli diqqət və qayğı göstərdiyinə görə prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirən sakinlər onlara yaradılmış yüksək şərait üçün rayon rəhbərliyinə öz dərin təşəkkürlərini söyləyiblər.

Qeyd edək ki, qəsəbənin Rotterdam küçəsində tikilən xeyir-şər evi dörd yaşayış binasının ərazisində yerləşir. 150 yerlik xeyir-şər evində hər cür şərait yaradılmış, lazımi avadanlıqlara təchiz edilərək əhalinin istifadəsinə təmannasız verilib. Görülən işlər çərçivəsində binaların fasadları xüsusi boyalarla rənglənmiş, həyətə işıq dirəkləri qoyulmuş, yeni asfalt örtüyü vurularaq abadlıq işləri görülüb.