Xeyli sayda qanunsuz telefon keçirmək istədilər - Çay axını ilə...

xeyli-sayda-qanunsuz-telefon-kecirmek-istediler
Oxunma sayı: 1654

İyunun 29-u DSX əməkdaşları külli miqdarda mobil telefonun ölkə əra­­zi­sinə qanunsuz yolla dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rin­dən kənar gətirilməsinin qarşısını alıblar. 

"Qafqazinfo" xəbər verir ki, saat 23:50 radələrində Gürcüstan ilə dövlət sərhədində Şəmkir sərhəd dəstə­sinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib.

Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümu­mi dəyəri təqribən 4500 manat təşkil edən 92 ədəd “X-nova” markalı mobil telefon aşkar olunub.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.