Xeyriyyə yardımı paylanarkən atışma olub - 14 ölü, 20 yaralı

xeyriyye-yardimi-paylanarken-atisma-olub
Oxunma sayı: 858

Quraqlığın və aclığın hökm sürdüyü Somalidə Baydova bölgəsində xeyriyyə yardımı zamanı əsgərlər arasında atışma baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, atışma ərzaqları oğurlamaq istəyən əsgərlərlə ərazidə təhlükəsizliyi təmin etməyə çalışan əsgərlər arasında olub.

Hadisə zamanı 14 nəfər ölüb, 20 nəfər yaralanıb.

Qeyd edək ki, Somalidə əhali su və qida tapmaq üçün paytaxt Moqadişu və Baydova kimi şəhərlərə üz tuturlar.

Hazırda bu ölkədə sərt quraqlıq səbəbindən 6,2 milyon insan aclıq təhlükəsi ilə qarşı-qarşıyadır.