“Xeyriyyədən pul götürülübsə, ölkəni tərk edərəm”

xeyriyyeden-pul-goturulubse-olkeni-terk-ederem
Oxunma sayı: 2153

Komediya aktyoru Cem Yılmazla rok ifaçısı Haluk Levent arasında qalmaqal yaranıb. “Qafqazinfo” xəbər verir ki, gərginliyə səbəb Cemin stəndap şousunda sənətçiyə söz atması olub.

C. Yılmaz Halukun yaratdığı “AHBAP” xeyriyyə dərnəyinin fəaliyyətini tənqid edib. Aktyor ad çəkmədən belə dərnəklərin pul mənimsədiklərini iddia edib. Haluk isə tvitter hesabında paylaşım edərək Cemdən açıqlama verməsini tələb edib:

“Sevgili Cem Yılmaz, hamımız səni çox istəyirik. 3 ayrı nəfər sənin dediklərini səhv başa düşə bilər? Əgər səhv başa düşüblərsə, üzr istəyirəm. Yox, belə deyilsə, bütün ölkəyə “mənimsəmək” məsələsini aydınlaşdıra bilərsən? 1 TL belə götürülübsə, şərəfimə and içərəm ki, ölkəni tərk edərəm”. 

Stəndap ulduzu rokçunun postuna cavab yazmayıb, o isə statusunu silib.