Müğənni Xəyyam Nisanov yeni mahnısını tamaşaçılara təqdim edib. “Qafqazinfo”nun məlumatına görə, müğənni bu dəfə məhşur yunan mahnısının sözlərini rus dilinə tərcümə edərək ifa edib.
“Bu mahnını mənə musiqi prodüserim Murad Arif təklif etdi. Mahnıda hit olmaq üçün hər bir imkan var. İlk dinləyənlər dərhal rəqs etmək istədi. Əminəm ki, tamaşaçılarım eyni hissləri yaşayacaq. Şən mahnıları sevirəm. Xarakter etibari ilə kədərlənməyi xoşlamıram. Qoy insanlar daim sevinsin, şənlənsin, yaxşı yaşasın və belə mahnılar dinləsin. Sözləri Nərmin Raufqızı hazırlayıb. Musiqisi Kiriakos Papodopulos, aranjiman Nadir Nağdpul və mastering Oleq Naumova məxsusdur. Çox güman ki, klip də çəkiləcək. Amma, açığını söyləyim Türkiyə və Rusiya rejissorları ilə işlədikdən sonra, artıq bizim yerli klipmeykerlərimizlə çalışmaq həvəsim yoxdur. Sırf bu mahnı ilə əlaqədar olaraq, fotoqraf Sarvan Qadirovla fotosessiya da etdik”-, deyə Nisanov bildirib.
Könül
Son xəbərlər
Son Xəbərlər