“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün 16.30 radələrində Astara şəhərinin “Köhnə avtobaza” adlanan ərazisində, nəzarət olunmayan çimərlikdə qeydə alınıb.
Suda batan şəxsin rayonun Təngərud kənd sakini, 1994-cü il təvəllüdlü Faiq Hafiz Fətullayev olduğu bildirilib.
Hazırda onun meyitinin tapılması üçün Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupu tərəfindən axtarışlar aparılır.
Məlumata görə, Hafiz Fətullayev Azərbaycan Texniki Universitetinin (AzTU) 4-cü kurs tələbəsi olub.
***
Son məlumata görə, Xəzər dənizinin Astara rayonu ərazisində suda boğulan 1994-cü il təvəllüdlü Faiq Hafiz Fətullayevin meyiti sudan çıxarılıb.
Meyit Faiq Fətullayevin boğulduğu yerdən 200 metr aralıda tapılıb.
Son xəbərlər
Son Xəbərlər