“Xəzər” debüt mövsümündə çempion oldu

xezer-debut-movsumunde-cempion-oldu
Oxunma sayı: 1245

Azərbaycan I Divizionunda 2017/2018-ci illər mövsümünün qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Bakının “Xəzər” klubu debüt mövsümündə qızıl medallara yiyələnib.

Bu gün keçirilən XXVI turda “Zaqatala” ilə qarşılaşan paytaxt təmsilçisi 3:2 hesabı ilə qalib gələrək, son turun nəticələrindən asılı olmayaraq, 1-ci yeri təmin edib. Qalibin müəyyənləşməsində 2-ci pillədə qərarlaşan “Qaradağ Lökbatan”ın xal itkisi də rol oynayıb. Səfərdə “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan paytaxt klubu üçün xal hesabını 50-yə çatdıran Elşad Əhmədovun yetirmələri əlçatmaz olub.

Qızıl şansını itirən “Qaradağ Lökbatan” isə 2-ci yeri təmin edib. 3-cü pillədə qərarlaşan “Şüvəlan”ın səfərdə “Mil-Muğan”a uduzması gümüş medalların taleyinə aydınlıq gətirib. Belə ki, 46 xala malik “Qaradağ Lökbatan” şüvəlanlılardan 4 xal öndə qərarlaşıb. Bürünc medalların sahibi mövsümün son turunda müəyyənləşəcək.

26-cı turda qeydə alınan nəticələri təqdim edirik:

“Mil-Muğan” 1-0 “Şüvəlan”
QOL: 
Vüqar Asəliyev, 82

“Xəzər” 3-2 “Zaqatala”
QOLLAR: 
Tural Qürbətov, 55; Ramil Həsənov, 73; Eltun Turabov, 78 - Cavad Kazımov, 58; Nicat Muxtarov, 71

“Turan Tovuz” 2-1 “Qaradağ Lökbatan”
QOLLAR: 
İlkin Rzayev, 7; Tuqay Alhüseynli, 52 - Sabir Allahquliyev, 41

“Ağsu” 3-2 “Binə”
QOLLAR:
 Adil Tağıyev, 16; Ramil Əliyev, 26; Bəhlul Əliyev, 89 - Sərxan Ağayev, 12; Vüsal Səfərov, 71 (p.)

MOİK 0-0 “Sabah”