Xəzər dənizindən 2 kq narkotik tapıldı

xezer-denizinden-2-kq-narkotik-tapildi
Oxunma sayı: 2130

Xəzər dənizindən plastik çəlləklərə bərkidilmış narkotik dolu kisə tapılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Qafqazinfo"ya verilən məlumata görə, kisə yanvar 4-də Xəzər dənizinin cənub istiqamətində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən zaman sərhəd gözətçi gəmisi tərəfindən aşkarlanıb. Kisəyə baxış zamanı 2 kiloqram 070 qram narkotik vasitə (1 kiloqam 990 qram “marixuana” və 80 qram “həşiş”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.