Xəzər dənizinin sahili sintetik torlardan təmizlənir

xezer-denizinin-sahili-sintetik-torlardan-temizlenir
Oxunma sayı: 1027

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Xəzər dənizinin Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri ətrafında keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, 4 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Xəzər sahilinin sözügedən əraziləri balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib.

O qeyd edib ki,  qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir: “Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə  dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırırıq”.