Xəzər İbrahimdən gəmidə öldürülən Fərmanla bağlı paylaşım - Fotolar

xezer-ibrahimden-gemide-oldurulen-fermanla-bagli-paylasim
Oxunma sayı: 3464

Xəbər verdiyimiz kimi, yanvarın 23-də Qvineya körfəzində “Mozart” konteyner gəmisinə nigeriyalı dəniz quldurlarının hücumu zamanı həlak olan gəminin 2-ci mühəndisi, azərbaycanlı Fərman İsmayılovun nəşi Qabona gətirilib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim tvitter hesabında cənazənin Qabona gətirildiyi anın fotolarını paylaşaraq bu fikirləri qeyd edib:

“Qardaşımızın cənazəsinin ailəsinə qısa müddətdə çatdırılmasındakı dəstəyinə və əməkdaşlığa görə Türkiyənin Qabondakı səfiri Nilufər Ərdəm Kaygısıza və komandasına ürəkdən təşəkkür edirik. Hər zaman olduğu kimi, bu prosesdə də bir-birimizə dəstəyimiz davam edir”.

Qeyd edək ki, bundan öncə Türkiyənin Qabondakı səfirliyi həmyerlimizin nəşinin gətirilməsi ilə bağlı məlumat yaymışdı:

“Qardaşımızın cənazəsi Qabon Prezident Administrasiyasının təsis etdiyi xüsusi təyyarə ilə paytaxt Librevilə gətirilir. Səfir Nilufər Ərdəm Kaygısız da eyni təyyarədədir”.