“Qafqazinfo” gənclər və idman nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gənclər və idman nazirliyinin və "Gənclərin İntellektual İnkişaf Mərkəzi"nin (GİİM-in) təşkilatçılığı ilə keçirilən beynəlxalq turnirdə 56 komanda iştirak edəcək. Qeyd edək ki, turnirə qatılan 36 iştirakçı komanda Azərbaycanı təmsil edir.
Digər komandalara gəldikdə isə onlar Rusiya Federasiyası, Özbəkistan, Moldova, Türkmənistan, Qazaxıstan, İsrail, Almaniya və Gürcüstandandırlar. Turnirin proqramına "Nə? Harada? Nə zaman?" və "Breyn-rinq" oyunlarından başqa "Xəmsə" milli intellektual oyunu da daxildir.
Son xəbərlər
Son Xəbərlər