“Qafqazinfo” xəbər verir ki, “ağ-yaşıllar” “İnter”in və milli komandamızın qapıçısı Səlahət Ağayevi heyətinə qatmaq istəyir. Tərəflər arasında artıq ilkin danışıq da olub.
Məlumatı saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da təsdiqləyib: “Səlahət Ağayevi heyətimizə qatmaq istəyirik. Əgər razılıq olarsa, bu transfer reallaşacaq”.
Klub rəsmisi Elvin Yunuszadənin də cənub təmsilçisinə keçəcəyi ilə bağlı gəzən xəbərlərə münasibət bildirib: “Bu barədə danışmaq hələ tezdir. Yeni transferlər olduqca məlumat verəcəyik”.
Son xəbərlər
Son Xəbərlər