“Xəzər Lənkəran” apellyasiya şikayəti verdi

xezer-lenkeran-apellyasiya-sikayeti-verdi
Oxunma sayı: 800

"Xəzər Lənkəran” AFFA-nın Apellyasiya Komitəsinə müraciət edib.

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə, cənublular Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Xəzər Lənkəran" (3:0) matçının 87-ci dəqiqəsində ikinci sarı vərəqə ilə oyundan kənarlaşdırılan Ruslan Cəfərova görə Komitəyə şikayət məktubu ünvanlayıb.

Lənkəranlılar kartın yanlış qərar olduğuna etiraz ediblər.