“Xəzər Lənkəran” AZAL-la üz-üzə gələcək

xezer-lenkeran-azal-la-uz-uze-gelecek
Oxunma sayı: 860

 

Mövsümün ilk oyun günündə iki görüş baş tutacaq. Bu matçların hər ikisi Bakıda oynanılacaq.

Turun ilk oyununda “Bakı” “Simurq”u qəbul edəcək. Son görüşlərdə rəqibinə müqavimət göstərməkdə çətinlik çəkən əyalət təmsilçisi paytaxtın eyniadlı təmsilçisinin indiki durumundan yararlanmağa çalışacaq. Çünki hazırda “Bakı” heç də ən yaxşı günlərini yaşamır.

 Günə AZAL və “Xəzər Lənkəran” arasında oyunla yekun vurulacaq. Mövsümlərarası fasilədə transfer bazarında ən fəallardan olan iki klub startda qələbə qazanmağa çalışacaq.

 Qeyd edək ki, turun digər 3 oyunu sabah keçiriləcək.

Topaz Premyer Liqası, I tur

9 avqust (şənbə)

 18:00. “Bakı” – “Simurq”

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Fərid Məmmədov 

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 20:00. AZAL – “Xəzər Lənkəran”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Teymur Fərhadov 

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov 

“AZAL Arena”

10 avqust (bazar)

18:00. “Araz Naxçıvan” – “Neftçi”

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Ramiz Məhərrəmov 

Naxçıvan Muxtar Respublika stadionu

20:00. “İnter” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Nail Nağıyev 

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev 

“İnter Arena” stadionu

20:00. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Elşən Acalov, Sərxan İsmayılov 

“Kapital Bank Arena”