“Qafqazinfo”ya açıqlama verən klub rəsmisi sabahkı oyuna komandanın əsas qol silahlarından olan Bohadir Nəsimovun iştirakı olmadan çıxacaqlarını bildirib:
“Xəzər Lənkəran”la oyuna son dərəcə ciddi hazırlaşırıq. Bu gün də komanda oyun qabağı son məşqinə çıxacaq. Təəssüflər olsun ki, hücumçumuz Bohadir Nəsimov zədə səbəbindən komandaya yardım edə bilıməyəcək. Bundan başqa Elvin Yunuszadə cəzalı olduğuna görə “Xəzər Lənkəran”a qarşı oynamayacaq”.
Açıqlamasının davamında “Xəzər Lənkəran” azarkeşlərinə səslənən klub rəsmisi onları da bu matçın həyəcanından kənarda qalmamağa çağırıb: “Fürsətdən istifadə edib “Xəzər Lənkəran” azarkeşlərinə səslənmək istəyirəm. Stadionlarımızın dolu olması, futbolumuzun daha da inkişaf etməsi naminə, sabah “Bakcell Arena”da “Xəzər” azarkeşlərini də görmək istərdik. Lakin İntizam Komitəsinin qərarı bu iki klubun oyunlarında yalnız ev sahibi komandanın azarkeşlərinə oyunu stadiondan izləmək icazəsi verir. Lakin bununla, belə biz qarşı tərəfin azarkeşlərini düşünüb oyunun televiziya vasitəsi ilə canlı yayımlanması üçün hər şeyi etmişik. Baxmayaraq ki, Lənkəranda keçirilən son oyunda, matç televiziya vasitəsi ilə canlı yayımlanmırdı. “Neftçi” azarkeşlərinə də onu demək istəyirəm ki, sabah klublarını sona qədər dəstəkləsinlər və sevimli komandalarını stadionda yalnız buraxmasınlar. Bilet əldə etmək istəyən azarkeşlər isə klub rəsmisi Zöhrab Mirzəyevlə əlaqə saxlayıb, bu istiqamətdəki suallarına cavab tapa bilərlər”.
İqbal
Son xəbərlər
Son Xəbərlər