O bildirib ki, futbolçudan razıdır və onunla müqavilə bağlamaq fikrindədirlər: “Saxneviçi yoxladıq və ondan razıyam. Düşünürəm ki, komandama xeyir verə bilər. Sadəcə FİFA-nın komandamıza tətbiq etdiyi transfer qadağasına görə onunla müqavilə bağlaya bilmirik. Rəhbərlik ali futbol qurumunun bu qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib. Bu həftəsonu CAS-ın bu barədə dəqiq qərarı açıqlanmalıdır.
Ondan sonra işimizi biləcəyik. Əgər qərar “Xəzər Lənkəran”ın leyhinə olarsa, futbolçu ilə elə bu həftəsonu müqavilə bağlanılacaq və mövsümün son 3 turunda ondan istifadə edəcəyik. Əks-halda isə Saxneviç avqustun 31-ni gözləməlidir. “Transfer pəncərəsi” bağlandıqdan sonra bu futbolçunu heyətə qata bilərik”.
Son xəbərlər
Son Xəbərlər