Bu gün Azərbaycan kubokunda ¼ final mərhələsinin oyunları keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, bu mərhələnin 4 qarşılaşmasının hamısı eyni gündə baş tutacaq.
Azərbaycan Kuboku
¼ final, ilk oyunlar
2 mart
17:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asim Xudiyev
“Azərsun Arena”
18:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu
19:00. “Rəvan” – “İnter”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məhəmməd Məmmədov
“Bayıl Arena”
***
17-ci dəqiqədə Vaqif Güləliyev hesabı açır. “Xəzər Lənkəran” 1:0 öndədir. “Xəzər Lənkəran” 2-ci qolu vurur. Tural Qürbətov 19-cu dəqiqədə fərqlənir.
“Neftçi” hesab arasındakı fərqi azaldır. Ruslan Qurbanov 22-ci dəqiqədə meydan sahiblərini məyus edir.
39-cu dəqiqədə Fəhmin Muradbəyli hesabı bərabərləşdirir.
Komandalar fasiləyə yollanıb.
52-ci dəqiqədə “Xəzər Lənkəran” yenidən önə çıxır. İbrahim Qədirzadə fərqlənir.
Matç başa çatır. “Xəzər Lənkəran” 3:2 hesablı qələbə qazanır.
“Xəzər Lənkəran” – “Neftçi” - 3:2
Qollar: Vaquf Güləliyev, 17; Tural Qürbətov, 19; İbrahim Qədirzadə, 52 - Ruslan Qurbanov, 22; Fəhmin Muradbəyli, 39
Son xəbərlər
Son Xəbərlər