“Xəzər Lənkəran” bu epizodlardan narazıdır - Video

xezer-lenkeran-bu-epizodlardan-narazidir
Oxunma sayı: 933

Dünən Azərbaycan kubokunun ¼ final mərhələsində “Neftçi”yə 0:2 hesabı ilə uduzan “Xəzər Lənkəran” matçdakı hakim idarəçiliyindən narazıdır.

“Qafqazinfo” xəbər verir ki, cənub klubu rəqibin vurduğu qollarda qayda pozuntusu olduğunu videosüjetlə də əks etdirib.

Klubun rəsmi “Facebook” səhifəsindən paylaşılan videoda vurulan qollardan əvvəl follar olduğu göstərilib. Mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da saytımıza açıqlamasında narazılığı belə ifadə edib: “Dünən baş tutan Azərbaycan Kubokunun 1/4 final mərhələsinin " Neftçi"- " Xəzər Lənkəran" cütlüyünün cavab oyununda iki qol vuruldu və hər iki qolun qayda pozuntusundan vurulduğunu video təhlillə ictimaiyyətin ixtiyarına təqdim etdik. Klubumuz bu gün gənc və yeniyetmələrdən ibarət komanda şəklində çempionatında çıxış edir. Bu ölkədə heç bir klub bu qədər gənc oyunçunu əsas heyətə və Azərbaycan millisinə hazırlaya bilməyib. Söhbət 10 yaşından klubun Akademiyasında bu günə qədər əziyyətlə böyüdülən futbolçulardan gedir. Təəssüf ki, bizim bu qədər əziyyətlərimiz kimlərinsə işə məsuliyyətsiz yanaşması nəticəsində boşa gedir.

"Xəzər Lənkəran" klubu olaraq dünən ki, matçın idarəçiliyindən narazıyıq. Bunu isə xüsusi qeyd edirik - nə qədər ki, Hakimlər Komitəsi AFFA tərəfindən deyil, nizamnamədən kənar PFL də, Ramin Musayevin otağından idarə olunacaq bu ölkə də hakim səhvləri, qərəzləri illərlə təkrar ediləcək. Necə ki, biz bunu uzun illərdir görürük”.