Maliyyə problemlərindən əziyyət çəkən “Xəzər Lənkəran”da vəziyyət heç də ürəkaçan deyil. “Qafqazinfo” xəbər verir ki, cənub təmsilçisinin 16 yaşlılardan ibarət komandası ləğv edilib.
Belə ki, sözügedən komanda “ağ-yaşıllar”ın 17 yaşlıları ilə birləşdirilib. Buna səbəb heyətdə futbolçu çatışmazlığının olmasıdır. U-17 futbolçularının bir çoxu U-19 və əvəzedici komandaya cəlb olunub. Buna görə də “Xəzər Lənkəran”ın 16 yaşlı futbolçulardan ibarət komandası fəaliyyətini dayandırıb.
Qeyd edək ki, sözügedən komanda 16 yaşlıların yarışında 24 xalla 6-cı pillədə qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər