“Xəzər Lənkəran” “Dinamo”nun əvəzediciləri ilə bacarmadı

xezer-lenkeran-dinamonun-evezedicileri-ile-bacarmadi
Oxunma sayı: 636

“Qafqazinfo”nun verdiyi məlumata görə, lənkəranlılar Kiyev “Dinamo”su ilə qarşılaşıb.
9 futbolçusu Avro 2012-də olan “Dinamo” oyuna ikinci heyətlə çıxıb. Buna baxmayaraq cənub təmsilçisi rəqiblə bacarmayıb. Kiyevlilər ilk hissədə vurduğu 2 topla oyunun taleyini həll edib - 0:2.

“Xəzər Lənkəran” – “Dinamo” (Kiyev) - 0:2
Qollar: Rıbalka, 34 (0:1), Kravets, 45+2 (0:2)

“Xəzər Lənkəran”: Ağayev (Bayramov, 61), Bonfim, Skarlatake, Allahverdiyev, Todorov, Abdullayev (Abdullazadə, 66), Əmirquliyev, Alviş, Pit, Qomes (Sariç, 61 ), Subaşiç (Brenes, 46).
“Dinamo”: Boyko (Kiçak, 77), Danilo Silva, Almeyda, Betao, Popov, El Kadduri, Rıbalka (Buyalski, 81), Ninkoviç, Dudu (Eskobar, 46), Mexmedi (Kaverin, 62), Kravets (Xlyebas, 76)

Ceyhun Əhmədov