““Xəzər Lənkəran” gənclərlə çıxış etsə də, asan rəqib deyil”

xezer-lenkeran-genclerle-cixis-etse-de-asan-reqib-deyil
Oxunma sayı: 750


- Artıq çempionatın başlamasına az qalıb. Komandanız oyunlara hazırdır?

- Antalyada çox yaxşı təlim-məşq toplanışı keçirdik. Biz hazırlığımızdan razıyıq. Düzdü, yaxşı məşq keçmişik Amma çempionat elə bir yerdir ki, orda hansı nəticələrin olacağı bilinmir. 

- Çempionatın ikinci yarısında “Simurq”un hansı məqsədlər uğurnda mübarizə aparacağı maraqlıdır…

- Əsas məqsədimiz hər oyunda qələbə qazanmaqdır. Yaxşı oynamaq lazımdır ki, nəticə də gözləyək. Düşünürəm ki, ən pis halda Avropa Liqasına vəsiqə qazana bilərik. 

- Topaz Premyer Liqasının 3 və 4-cü dövrələrində hansı komandaların çempionluq uğurnda mübarizə aparacağını düşünürsüz?

- Heç vaxt bunu demək olmaz. Bütün komandalardan hər şey gözləmək mümkündür. Fikrimcə, çox maraqlı oyunlar olacaq. Çempionatın əsas hissəsi hələ qarşıdadır. 

- İlk oyununuz “Xəzər Lənkəran”a qarşı olacaq. Bu matçdan nə gözləyirsiniz?

- Təlim-məşq toplanışından sonra ilk oyun həmişə çətin olur. Çünki bu matçdakı nəticə qarşıdakı bütün oyunlara təsir edə bilər. Amma “Xəzər Lənkəran”a qarşı evdə oynayacağıq. Biz özümüzü elə bu matçda sübut etməliyik. İnanıram ki, qələbə bizim olacaq.

- Amma rəqibinizin heyətindəki dəyişikliklərdən sonra onların ciddi müqavimət göstərəcəyi inandırıcı deyil…

- Sizinlə eyni fikirdə deyiləm. Bəlkə bu gənclər çempionatın ilk yarısındakı komandadan daha yaxşı çıxış edəcəklər. Onlar özlərini göstərmək üçün necə lazımdır oynayacaqlar. Məncə, bizim üçün də qalib gəlmək asan olmayacaq. 

- Siz razılaşmasanız da, “Bakı” və “Sumqayıt”ın timsalında gənclərlə yaxçşı çıxış etməməyin mümkünsüzlüyünü görmüşük…

- “Bakı” da, “Sumqayıt” da normal futbol oynayırlar. Yadınzdadırsa, ilk dövrədə “Bakı” hətta bizə qalib də gəlmişdi, “Qarabağ”la heç-heçə etmişdi. 

- Turnir cədvəlindəki mövqeyinə baxın…

- Zamanla hamısı düzələcək. Ola bilər ki, həmin gənclər 2-3 ildən sonra çempionluq üçün oynasınlar. Premyer Liqada zəif komanda yoxdur.