"Xəzər Lənkəran"a qoyulan transfer qadağasının müddətinin başa çatmasına baxmayaraq, klub qışa qədər heyətini gücləndirə bilməyəcək.
"Qafqazinfo" xəbər verir ki, bu barədə kluba FİFA-dan daxil olan məktubda məlumat verilir. Həmin mətni təqdim edirik:
***
Klubun vitse-prezidenti Tuyqun Nadirov bildirib ki, "Xәzәr Lәnkәran" futbol klubu haqsızlıqla üzlәşib: "2014-cü il 20 avqustda FİFA klubumuz haqqında belә qәrar vermişdi ki, 2 transfer pәncәrәsi dövründә qadağa qoyulmuşdu. Bu qadağa 31.08.2015-ci ildә başa çatıb. 2010-cu il әsasnamәsinә görә biz 31 avqustdan sonra transfer edә bilәrik. Qәrar 2012-ci ildә olub vә reqlament hәmin vaxt 2010-ci ilә aid idi: "Buna da әsasәn biz bir neçә futbolçunu heyәtә qatmaq istәdik. Әfsuslar olsun ki, AFFA 26 avqustda mәktub göndәrib ki, "Xәzәr Lәnkәran" yeni oyunçuları qeydiyyatdan keçirә bilәr? FİFA cavabında bildirib ki, bu klub yalnız növbәti transfer pәncәrәsindә heyәtә yeni oyunçular qata bilәr. Ali futbol qurumu bildirib ki, 2012-ci il reqlamentinә әsasәn yeni oyunçular, azad transferlәr olsa belә, qeydiyyata sala bilmәz. FİFA-nın hüquq bölmәsi bizә qadağa qoyub".
***
Vitse-prezident "Yeni transferlәrin taleyi necә olacaq?" sualına belə cavab verib:
"Cәzalı klublar transferi 6 ay öncә edә bilәrlәr. Bu xaricdә dә var. "Xәzәr Lәnkәran" transferlәr zamanı heç bir yanlışlığa yol vermәyib. FİFA-nın qәrarı ilә biz 31 avqustdan sonra transfer edә bilәrik. 2010-cu il reqlamentindә belә yazılır. Ali futbol qurumunun kluba qarşı әdalәtsizliyi bizi pis vәziyyәtә qoydu. Biz avqustda gәnc heyәtlә oynadıq. Baş mәşqçimiz iş plananını bundan sonra yeni plana әsasәn qurmuşdu. Biz dünәn dә söhbәt etmişik, bu gün dә söhbәt edәcәyik. Elә bilirәm ki, hәmin futbolçular da gözlәyәcәklәr. O futbolçuları da başa düşürük. Yenә deyirәm ki, bugünkü әdalәtsiz qәrar bizә çox tәsir edәcәk. Biz әlimizdәn gәlәni edәcәyik ki, qısa müddәtdә mәsәlә hәllini tapsın. Sentyabrın sonuna qәdәr bunu etmәyә çalışacağıq. Bizim haqlı olduğumuz mәsәlәdir. AFFA da bizә dәstәk oldu. Onlar bizimlә maraqlandılar.
Fikrimcә, biz haqsız olsaydıq, AFFA bizә dәstәk olmazdı. EKA deyilәn bir tәşkilat var. Biz oranın üzvüyük vә oranın hüquqşünası da bizә dәstәk oldu. Biz hamımız bilirik ki, bir neçә il bundan qabaq 6 xalımız silinmişdi. FİFA hәmin vaxt da әvvәlcә bizә әksini sübut etmәyә çalışsa da, haqlı olduğumuzu İdman Arbitraj Mәhkәmәsi ilә sübut etdik".
***
Jurnalistlərin "Ruslan Abışov vә Vüqar Nadirovun mәlum duruma görә "Neftçi"yә gedәcәk. Bu doğrudur?" sualına cavab verən viste-prezident bildirib:
"Bilmirәm bu hardan yazılıb. Amma hәmin oyunçular heç bir şikayәt etmirlәr. Onlarla yenә görüşәcәyik. FİFA bizә 5-ci gün iş saatının sonunda mәktubu ünvanladı vә mәlumdur niyә? Әgәr tez ünvalansaydılar, biz onlara cavab verәrdik. Biz artıq CAS-a müraciәt edәcәyik. Onlardan sanksiyaların durdurulmasını tәlәb edәcәyik".
Tuyqun Nadirov "Bayaq qeyd etdiniz ki, FİFA-nın bizlә qәrәzi var. Ali futbol qurumunun sizlә nә qәrәzi ola bilәr?" sualına da cavab verib:
"Bilirsiz, 31 avqustdan sonra biz transfer edә bilәrdik. Qanunla bu mümkündür. Amma FİFA qanundan kәnar qәrar verib. Bu qәrәz deyil? Veldin Muharemoviç 125 min avro bizdәn pul istәyirdi. Amma biz mәktub ünvanladıq ki, bu düzgün deyil. Onunla heç bir hüququ müqavilә imzalanmamışdı. FİFA bizim mәktublar әsasında cәmi kluba 3 min avroluq cәza verdi, bir dә 2 transfer pәncәrәsi dövründә qadağa cәzası verdi. Gec-tez haqlı olduğumuzu sübut edәcәyik".
Qalin İvanovla bağlı mәsәlәyә aydınlıq gәtirәn Nadirov belə deyib:
"Bilirsiz ki, İvanov bizim düşәrgәdәn özbaşına getmişdi. Biz ondan, o da bizdәn şikayәt etmişdi. FİFA da bizә cәrimә kәsib vә qәrara hörmәtlә yanaşırıq".
"Düşünmürsüz ki, "Xәzәr Lәnkәran"da transferlәrlә mәşğul olan şәxsin qeyri-peşәkarlığı nәticәsindә klub bu gün әziyyәt çәkir?" sualına vitse-prezident belə cavab verib:
"Futbolçular kluba baş mәşqçilәrin istәyi ilә gәtirilir. Son 3 ildә 30 futbolçu kluba gәlib-gedib. Onların 2-3-nün şikayәt etmәsi normaldır. Burda qeyri-adi heç bir şey yoxdur".
"Qalin İvanov barədə CAS-a şikayət edəcəksiniz?" sualını cavablandıran Tuyqun Nadirov bildirib:
"Qalin müqavilənin bütün miqdarını və agent haqqını istəyirdi. Bacardığımız qədər qiyməti aşağı salmışıq. Bundan sonra aşağı salmağa çalışmaq risklidir. Qalinin noyabr və dekabr aylarında komandada olmaması nəzərə alınıb. Məbləğ həddindən artıq çox idi, biz onu 200 minə qədər endirdik. Bu barədə CAS-a müraciət etməyəcəyik".
"Azərbaycanda 10 komanda var, lakin bu problemlərlə həmişə "Xəzər Lənkəran" üzləşib" fikrinə vitse-prezident belə münasibət bildirib:
"Bu fikirlə razı deyiləm. 10 ildə bütün cərimələrini toplasaq, digər klubların 5-də 1-ni etməz. Elə klub var ki, yarandığı gündən legioner futbolçu transfer etməyib, belə komandanın FİFA-yla nə işi ola bilər ki? FİFA bir neçə Avropa komandalarına cəza verir, həmin klubları qeyri-peşəkar adlandırmaq olmaz. Azərbaycanda ilk dəfə əcnəbi futbolçudan təzminat əldə edən klub "Xəzər Lənkəran" olub. Klubu icazəsiz tərk etdiyinə görə, legioner futbolçudan təzminat əldə etmişik. Mübahisəli məsələrdə bəzən elə olub ki, FİFA-da məğlub olub, CAS-da qazanmışıq. Əgər "Xəzər Lənkəran" işini yaxşı bilən hüquqşünaslarla işləməsəydi, FİFA məşhur 6 xala görə bizdən üzr istəməzdi. İş olan yerdə belə problemlər də olmalıdır".
"Əgər bu məsələlər müsbət sonlanmasa, bu mövsüm necə olacaq?" sualına Nadirov belə cavab verib:
""Xəzər Lənkəran" son illərdə elə mövsüm olmasın ki, iddialı şəkildə çempionata başlamasın. Yəni, həmişə məşqçi istədiyi heyəti qurub çempionata başlayıb. Biz də yaranmış vəziyyətdən tez çıxmaq istəyirik. Bizim haqlı olduğumuza şübhəmiz yoxdur. Bu məsələlər həll olunduqdan sonra yeni transferlər iddialı çıxışımıza davam edəcəyik".
"Son günlərdə komandanın adı ilə mətbuatda bir neçə məsələlər yazılır" fikrinə münasibət bildirən vitse-prezident deyib:
"Klubda elə bir futbolçu yoxdur ki, maaş ala bilmədiyinə görə komandanı tərk etsin. Amma deyə bilmərəm ki, komandada hər şey idealdır. Ola bilər maaş 3 gün tez, 4 gün gec olsun. Hər bir futbolçunun müqaviləsində qeyd olunur. Əfsuslar olsun ki, bəzən mətbuatda yalnış məlumat yazılır. Bu yaxınlarda Alfred Sankonun FİFA-ya şikayət etməsi barədə xəbərlər gəzirdi, qarşılıqlı şəkildə müqaviləyə xitam vermişik. Əgər qarşılıqlı şəkildə xitam vermişiksə, necə şikayət edə bilər. Fəxri prezident Mübariz Mənsimov hər zaman klubun yanındadır, işlərlə yaxından maraqlanır. Klubdan olan hər şeydən fəxri prezidentimizin xəbəri var, onun rəhbərliyi altında bütün işlər görülür".

