“Xəzər Lənkəran” “İnter”ə qarşı

xezer-lenkeran-intere-qarsi
Oxunma sayı: 747


 “Qafqazinfo” xəbər verir ki, mövsümün uğursuz komandası “Xəzər Lənkəran” öz meydanında “İnter”i qəbul edəcək. Ötən turlarda “Sumqayıt” və “Simurq”a uduzan “Xəzər Lənkəran” bu mövsümdə artıq ilk  qələbə sevincini dadmaq istəyir. Lakin 7 xalla turnir cədvəlinin lideri “İnter”dən xal qoparmaq da elə asan məsələ deyil. Elə bugünkü matçın favoriti də “İnter”sayılır.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın mərkəzi stadionunda keçiriləcək matç klub rəhəbərliyi tərəfindən azarkeşlər üçün pulsuz edilib. Bu oyuna “Xəzər Lənkəran” fanatları bilet almadan tamaşa edə biləcəklər.

Saat 20:00

“Xəzər Lənkəran” –“İnter” 

İqbal