“Xəzər Lənkəran” itki ilə hazırlaşır

xezer-lenkeran-itki-ile-hazirlasir
Oxunma sayı: 701

Topaz Premyer Liqasının XXX turunda "Zirə" ilə qarşılaşacaq "Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, cənub təmsilçisində yeganə itki "Neftçi" ilə matçda qaşı partlayan Elfad Baləhmədovdur. Gənc futbolçu hələ də məşqlərə başlamadığından növbəti matçı buraxacağı gözlənilir.

Qeyd edək ki, "Zirə" - "Xəzər Lənkəran" matçı aprelin 17-si saat 16:30-da start götürəcək.