“Xəzər Lənkəran” İvanova görə cəzalanmayacaq - Klub cəzalardan qurtula bilər

xezer-lenkeran-ivanova-gore-cezalanmayacaq
Oxunma sayı: 1001

FİFA-nın Qalin İvanova olan borcunu ödəməsi üçün “Xəzər Lənkəran”a verdiyi vaxt bu gün başa çatır.

“Qafqazinfo” xəbər verir ki, cənublular borclarını ödəməyəcəyi halda ali futbol qurumu tərəfindən cəzalandırıla bilər. Bunun üçün hələ FİFA-da iclas olacaq və kluba yenidən xəbərdarlıq ediləcək. Cəza isə bundan sonra veriləcək. Fevralda isə kluba cəza verilə bilər. Amma bu cəza Qalin İvanova görə deyil, cənubluların borclu olduğu digər futbolçu Renato Morreyraya görədir.

“Xəzər Lənkəran”ın 300 min borcu olduğu digər oyunçu Eder Bonfimə görə verilən vaxt da başa çatıb. Yaxın günlərdə onunla bağlı da FİFA-da iclas olacaq.

İstənilən halda “Xəzər Lənkəran”ın bu cəzalardan yaxa qurtarmaq üçün vaxtı var. Xəbərdarlıqlara qədər pullar ödənilsə, cənub klubu cəzalanmaya bilər.