“Qafqazinfo” xəbər verir ki, “Xəzər Lənkəran” “Neftçi” ilə öz meydanında 2-2 hesablı heç-heçə edib. Tiyeqonun öz qapısına vurduğu qol və Araz Abdullayevin fərqlənməsi “Neftçi”ni hesabda 2-0 önə keçirib. Lakin “Xəzər Lənkəran” özündə güc taparaq Nildo və Skarlatakenin qollarıyla hesabı bərabərləşdirib. Bu nəticədən sonra “Neftçi” 38 xalla II sırada qərarlaşıb. “Xəzər Lənkəran” isə xallarının sayını 26-ya yüksəldib və VI sırada yer alıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər