“Xəzər Lənkəran” – “Neftçi” oyunu təxirə salınmayacaq

xezer-lenkeran-neftci-oyunu-texire-salinmayacaq
Oxunma sayı: 642

Qeyd edək ki, “Xəzər Lənkəran” klubunun rəsmiləri bildiriblər ki, Lənkəran şəhərinə yağış yağdığından stadionun ot örtüyündə problemlər yaranıb. Klubun icraçı direktoru Höccət Hacıyev bu səbəbdən görüşün təxirə salınacağını istisna etməyib.

PFL prezidenti qeyd edib ki, AFFA və rəhbəri olduğu qurumun nümayəndələri az öncə stadiona baxış keçiriblər. “Meydançanın bəzi yerlərinə su yığılıb ki, hazırda da ora təmizlənir. Əgər saat 16.00-a, oyunun başlanmasına qədər qeyri-adi hadisə baş verməsə, görüş baş tutacaq. Yəni oyunun təxirə salınma ehtimalı sıfır faizdir” – deyə o vurğulayıb.