“Qafqazinfo” xəbər verir ki, “ağ-yaşıllar” yanvarın 18-ində keçirəcəkləri matçda “Elazığspor”la qüvvəsini sınayacaq.
Matçın başlanma saatı isə hələlik bəlli deyil.
Qeyd edək ki, “Elazığspor”da millimizin üzvü Cavid İmamverdiyev top qovur.
***
Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran”ın üçüncü yoxlama görüşündə Türkiyə PTT liqa təmsilçisi “Elazığspor”la oynayacağı deyilsə də, bu qarşılaşma baş tutmayacaq. “Qafqazinfo” xəbər verir ki, cənub klubu 3-cü yoxlama matçında Zaporoje “Metallurq”u ilə oynayacaq.
Qarşılaşma yanvarın 17-də baş tutacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk yoxlama matçında “Tekirdağspor”la üz-üzə gəlib və 2:2-lik bərbərliyə imza atıb. Cənublular ikinci qarşılaşmasını isə hazırda Almaniya III liqa təmsilçisi “Kemnister” klubuna qarşı keçirir və hazırda hesab 0:0-dır.
Son xəbərlər
Son Xəbərlər