“Xəzər Lənkəran”-“Qarabağ” oyununda penalti qərarı dəyişdi

xezer-lenkeran-qarabag-oyununda-penalti-qerari-deyisdi
Oxunma sayı: 1248


“Qafqazinfo”nun apasport.az-a istinadən məlumatına görə, “Xəzər Lənkəran”la “Qarabağ” arasında görüşdə penalti qərarı sonradan dəyişdirilib.

Belə ki, görüşün təxminən 15-ci dəqiqəsində matçın baş hakimi Orxan Məmmədov Ağdam təmsilçisinin qapısına penalti təyin edib. Buna topun qonaq komandanın müdafiəçilərindən birinin əlinə dəyməsi səbəb olub. 

Çempionluğunu rəsmiləşdirməyə yaxın olan “Qarabağ”ın futbolçuları erkən qolla üzləşmək təhlükəsini aradan qaldırmaq üçün Məmmədova etiraz ediblər. Referi də futbolçuların etirazlarını haqlı, öz qərarını haqsız hesab edib. Bu üzdən də hakim penalti qərarını ləğv edib.