“Xəzər Lənkəran” – “Qəbələ” oyununun hakimliyi araşdırılacaq

xezer-lenkeran-qebele-oyununun-hakimliyi-arasdirilacaq
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi məlumata görə, həftəsonu Unibank Premyerl Liqasında baş tutan qarşılaşmalar müzakirə olunub.
İclasda həmçinin “Xəzər Lənkəran” klubunun Unibank Premyer Liqasının 31-ci turu çərçivəsində “Qəbələ” ilə oyununun (1:1) hakimliyindən narazılığı da müzakirə edilib.

5 may 2012-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasının XXXI turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçının 31-ci dəqiqəsində “Qəbələ” klubunun 18 №-li futbolçusu Aleksandr Çertaqanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

6 may 2012-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasının XXXI turunun “Simurq” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Matçın 88-ci dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur.

Oyunun 90+3-cü dəqiqəsində “Rəvan” klubunun 18 №-li futbolçusu Samuel Barlay idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
“Xəzər Lənkəran” klubu İntizam Komitəsinə məktubla müraciət edərək Unibank Premyer Liqasının XXXI turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçının hakim idarəçiliyi ilə bağlı öz narazılığını bildirmişdir. Hakimlər Komitəsi matçın hakimlərinin idarəçiliyini dəyərləndirdikdən sonra İntizam Komitəsinə məlumat versin.