“Xəzər Lənkəran” üç futbolçu ilə müqavilə imzaladı

xezer-lenkeran-uc-futbolcu-ile-muqavile-imzaladi-
Oxunma sayı: 895


"Qafqazinfo" futbolinfo.az-a istinadən xəbər verir ki, cənublular artıq 3 yerli futbolçu ilə müqavilə imzalayıb.

Məlumata görə, “ağ-yaşılllar” dünən Vüqar Nadriov və Rəşad Eyyubovla 2 illik müqavilə bağlayıb. Bunda öncə isə Vaqif Cavadovla 1+1 illik sözləşməyə imza atılıb.

Qeyd edək ki, ötən mövsüm başa çatdıqdan sonra Vüqar “Qarabağ”dan, Rəşad “Simurq”dan ayrılıb. Vaqif isə arxada qalan çempionatı Türkiyənin “Boluspor” komandasında keçirib.