“Qafqazinfo”nun Qol.Az-a istinadən məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma keçirilib.
Günün ilk oyunu Zaqatalada baş tutub. Burada "Simurq" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda isə "İnter" və "Sumqayıt" komandaları münasibətlərinə aydınlıq gətiriblər. "İnter" bu görüşdə rəqibini 5:1 hesabı ilə məğlub edib və vahid liderliyə yüksəlib.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları ilə əlaqədar "Qarabağ" və "Neftçi" klublarının Premyer Liqanın III turundakı görüşləri təxirə salınıb.
Son xəbərlər
Son Xəbərlər