“Xəzər Lənkəran” UEFA-ya borcunu bağlayıb

xezer-lenkeran-uefa-ya-borcunu-baglayib
Oxunma sayı: 2495

Regional Liqada mübarizə aparan “Xan Lənkəran” klubunun prezidenti Pərviz Hüseynov “Xəzər Lənkəran” klubunun borcları ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, hazırda mövcud olmayan klubun UEFA-ya olan bütün borclarını bağladığını bildirib:

“Bütün “Xəzər Lənkəran” azarkeşlərini təbrik edirəm. Yayılan neqativ xəbərlərə inanmayın”.

Qeyd edək ki, “Xan Lənkəran” klubunun adının “Xəzər Lənkəran” olaraq dəyişdirilməsi gündəmdədir.