Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Qafqazinfo" xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif ölkə birincilikləri ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Regional Liqanın “Oğuz” – “Şirvan” matçında "Oğuz" komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Regional Liqanın “Səhliyalı” – “Şahdağ” matçının 90+1-ci dəqiqəsində “Səhliyalı”nın futbolçusu Ramil Babayev aqressiv davranış və hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb. Oyunun 90+1-ci dəqiqəsində “Səhliyalı”nın futbolçusu Elşən Qasımov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
U-17 Liqasının “Səbail” – “Neftçi” matçının 37-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Nihad Qurbanlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 40-cı dəqiqəsində “Neftçi”nin futbolçusu İlkin Əbiyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. “Neftçi”nin baş məşqçisi Müşfiq Qəhrəmanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-17 Liqasının “Neftçi” İK İB – “Zirə” matçının 44-cü dəqiqəsində "Neftçi" İK İB klubunun futbolçusu Yaqub Hüseynov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Neftçi” İK İB klubunun baş məşqçisi Elçin Dərgahquliyevin texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-16 Liqasının “Vətən” RİOEUGİM – “Qəbələ” İK matçının 61-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Mürsəlov Hüseyn öz komanda yoldaşını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
U-15 Liqasının “Səbail” – “Keşlə” matçının 35-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Rəşad Həsənovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-15 Liqasının “İOEUGİM” – “Sumqayıt” matçının 70+2-ci dəqiqəsində "Sumqayıt"ın futbolçusu Sərvin İsmayılov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
U-17 Liqasının “Kəpəz” – “Xəzər Lənkəran” matçında "Xəzər Lənkəran" komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-16 Qızlar Liqasının "Veqa" – "Əhmədli Yunayted" matçında "Veqa" komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.
Yüksək Qızlar Liqasının "Təhsil" FM – "Veqa" matçında "Veqa" komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə Azərbaycan çempionatının II dəstəsinin “İtaldizain” – “Standart” matçının 17-ci dəqiqəsində “İtaldizain”ın futbolçusu Səid Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Son xəbərlər
Son Xəbərlər