“Xəzər Lənkəran”da etirazlar pik həddə

xezer-lenkeranda-etirazlar-pik-hedde-
Oxunma sayı: 2604

“Xəzər Lənkəran” komandasında vəziyyət gərgin olaraq qalır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq “Xəzər Lənkəran”ın bütün üzvləri məşqlərə çıxmağı dayandırıblar. Futbolçular üç aylıq maaşlarını tələb edirlər.

Onlar “Maaşlar verilməsə nə məşqə çıxdı var, nə də oyuna…” devizi ilə öz etirazlarını ifadə edirlər.

Xatırladaq ki, çətin günlərini yaşayan “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov da 2 gün öncə vəzifəsindən istefa verib. Bundan başqa, FİFA tərəfindən də cənublulara 22 yanvara qədər bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanova olan borclarını ödəməyəcəyi halda transfer qadağası cəzası verilə biləcəyi deyilib.

Elsevər