“Qafqazinfo”nun Apasport.az saytına istinadən məlumatına görə, braziliyalı Villian Tieqo və makedoniyalı Deyan Blajevski komandanın məşqində iştirak edir.
Müqavilə imzalayacağı gözlənilən cənubi amerikalıdan fərqli, avropalı hələlik baxışdadır. Blajevski özünü yaxşı tərəfdən göstərəcəyi halda müqaviləyə imza atacaq.
29 yaşlı cinah yarımmüdafiəçisi ölkəsinin əsas yığmasına 2 il əvvəl cəlb olunub. Bu müddətdə 2 qarşılaşmaya çıxan Deyan Polşa ilə qarşılaşmada qol hesabını da açıb. Hazırda vətənində “Turnovo”nun şərəfini qoruyan Blajevski 2012-ci ildən bu komandada çıxış edir.
Yarımmüdafiəçi 2006-08-ci illərdə “Pelister”in formasını geydikdən sonra legioner həyatı yaşamaq üçün Yunanıstana yollanıb. 4 il ərzində “Asteras” (2008-10), “Veria” (2010-11) və “Pierikos” (2011-12) klublarının uğurları üçün çalışıb.
Qeyd edək ki, avrokuboklarda 6 oyuna 3 qol vuran makedoniyalı bütün toplarını ötən yay Avropa liqasının təsnifat mərhələsində rəqib qapılarından keçirib.
Son xəbərlər
Son Xəbərlər