“Xəzər Lənkəran”da kapitan itkisi

xezer-lenkeranda-kapitan-itkisi
Oxunma sayı: 727


“Qafqazinfo” хəbər verir ki, baş məşqçi Elbrus Məmmədov Rahid Əmirquliyevlə Elşən Rzazadənin хidmətindən məhrum olub. Hər iki futbolçu cəzalı duruma düşüb. Elşən "Neftçi" ilə oyunun 78-ci, Rahid 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, "Xəzər Lənkəran" 30-cu turda istirahət edəcəyindən onlar cəzalarını 31-ciI turun "Qəbələ" ilə oyununda çəkəcəklər.