“Xəzər Lənkəran”dan 2 transfer

xezer-lenkerandan-2-transfer
Oxunma sayı: 1034

Çətin günlərini yaşayan “Xəzər Lənkəran”da vəziyyət bir qədər sabitləşib. “Qafqazinfo” xəbər verir ki, mövsümün ikinci yarısına hazırlıqları davam etdirən cənublular artıq 2 transfer həyata keçirib. 

Belə ki, “Sumqayıt”dan ayrılan Nodar Məmmədovla müqavilə imzalanacaq. Həmçinin ötən ilin sonunda komandadan gedən Tural Cəlilov heyətə qaytarılıb. Baxışda olan Mirzağa Hüseynpur haqqında isə hələ qərar verilməyib.