“Xəzər Lənkəran”dan 5 minlik müsabiqə - - Şərtlər

xezer-lenkerandan-5-minlik-musabiqe-
Oxunma sayı: 1129


"Qafqazinfo" klubun saytın istinadən xəbər verir ki, müsabiqənin formatı aşağıdakı şəkildədir:

 1.     Müsabiqədə iştirak etmək üçün  peşəkar musiqi fəaliyyəti ilə məşğul olmaq şərtdir.

2.     Müsabiqə  2014-cü ilin fevral ayının ilk həftəsindən başlayıb 2014-cü ilin may ayının 5-də yekunlaşacaq.

3.     Müsabiqədə iştirak edənlər təqdim etdikləri marş və ya mahnını  tam hazır şəkildə, CD-yə yazılmış formatda klubun Bakı və Lənkəran ofisinə təqdim etmələri xahiş olunur.

4.     Müsabiqədə “Xəzər Lənkəran” klubunun keçdiyi 10 illik tarixə həsr olunan marş və mahnıların qalibləri

a)     I yer – 5000 manat

b)    II yer – 3000 manat

c)    III yer – 1000 manat olmaqla mükafatlandırılacaqlar.

 Əlavə sualı olanlar “Xəzər Lənkəran” Futbol Klubunun mətbuat xidməti ilə əlaqə saxlaya bilərlər.