Rəşad Eyyubovun mövsümün sonuna kimi “Kəpəz”də oynayacağı dəqiqləşib. “Qafqazinfo” xəbər verir ki, “Zirə”nin də israrla istədiyi və daha çox pul təklif etdiyi hücumçu Gəncə klubunda oynayacaq.
Dünəndən etibarən “Kəpəz”də məşqlərə başlayan futbolçu “Xəzər Lənkəran”a FİFA-nın qoyduğu qadağadan sonra sərbəst qalmışdı. Son klubu “Simurq” olan futbolçu növbəti dəfə əyalət klubunu seçdi.
Eyyubovun Gəncə klubunda hansı nömrə altında oynayacağı hələ dəqiqləşməyib. Amma elə “Qarabağ”la növbəti turun matçında onu iş başında görə bilərik. Hücum xəttində ciddi güclənməyə ehtiyac duyan baş məşqçi Şahin Diniyev yəqin ki, Rəşadın xidmətindən yararlanmaq istəyəcək.
Son xəbərlər
Son Xəbərlər