Azərbaycan Premyer Liqasının 19-cu turunda "Rəvan"la qarşılaşacaq "Xəzər Lənkəran" bu oyunun hazırlıqlarını davam etdirir.
“Qafqazinfo”nun məlumatına görə, Lənkəran təmsilçisi bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.
"Xəzər Lənkəran" birinci divizion təmsilçisi "Şərurspor"la qarşılaşıb. Oyun "Xəzər Lənkəran"ın məğlubiyyəti ilə başa çatıb - 2:5. Cənubluların heyətində Elfad Baləhmədov və Zaman Mirzəyev fərqləniblər.
Son xəbərlər
Son Xəbərlər