“Xəzər Lənkəran”dan daha iki futbolçu getməyə hazırlaşır

xezer-lenkerandan-daha-iki-futbolcu-getmeye-hazirlasir
Oxunma sayı: 952

“Xəzər Lənkəran”a FİFA-nın verdiyi cəzaya görə klubdan ayrılanların siyahısı artır. “Qafqazinfo” xəbər verir ki, daha 2 futbolçu klubu tərk etmək barədə düşünür.

Poşalı qapıçı Pavel Kapsa saytımıza açıqlamasında bu barədə danışıb. O bildirib ki, İdman Arbitraj məhkəməsinə (CAS) klub tərəfindən edilən şikayətin cavabını gözləyəcək. Əgər CAS FİFA-nın verdiyi qərarı dəyişməsə, klubdan gedəcək: “Hazırda burdayam. Daha 10 gün gözləyəcəm. CAS FİFA-nın qərarını dəyişərsə, klubda qalacam. Əks-təqdirdə komandadan gedəcəm”.

Eyni sözləri fransalı hücumçu Limam Seydi də deyib. O da CAS-ın qərarını gözlədikdən sonra qərar verəcəyini bildirib: “CAS fərqli qərar verərsə, komandada qalacam. Yox, Ali futbol qurumunun verdiyi cəza dəyişməzsə, gedəcəm. Çünki mənə oynamaq lazımdır. Mən arada bu qədər müddət itirə bilmərəm”.