“Xəzər Lənkəran”dan qonaqlığa görə qovulan məşqçi- - Foto

xezer-lenkerandan-qonaqliga-gore-qovulan-mesqci-
Oxunma sayı: 2204


“Qafqazinfo”xəbər verir ki,  “Sport7.az” “Xəzər Lənkəran”ın ailədaxili sirri-Emin Quliyevin qovulması ilə bağlı ilginc məlumat əldə edib. 

Klubdakı mənbənin sayta verdiyi məlumata görə, Emin Quliyev Zaqatalada ona verilən qonaqlığın güdazına gedib. Belə ki, "Simurq”un azarkeşi, sosial şəbəkədə fəal olan, hamının "İnqilab dayı” kimi tanıdığı İnqilab Soltanovun dəvəti ilə Zaqatalaya gedib.  Özü də "Xəzər Lənkəran”ın Zaqatalada "Simurq”a məğlub olduğu (0-2) oyundan bir gün əvvəl. Quliyev oyundan sonra da Zaqatalada qalıb. İnqilab Soltanov Emin Quliyevə "Ləzzət” restoranında verdiyi qonaqlıqdan  çəkilmiş fotonu sosial şəbəkədə paylaşıb. 

Məhz bu şəkil Quliyevin qovulmasına rəvac verib. Mənbə bildirir ki, Quliyevi  "Xəzər Lənkəran”ın taktiki sirlərini "Simurq”un məşqçilərinə ötürməkdə ittiham ediblər. 

Bir sözlə, Emin Quliyev Lənkərandan xəyanətkar kimi qovulub. 

Məsələ ilə bağlı Emin Quliyevin də mövqeyini öyrənmək istədik. Ancaq onunla əlaqə saxlamaq mümkün olmadı. Bütün hallarda, Quliyevin mövqeyini dərc etməyə hazırıq.