“Xəzər Lənkəran”dan transfer qadağası ilə bağlı- - Açıqlama

xezer-lenkerandan-transfer-qadagasi-ile-bagli-
Oxunma sayı: 894


O, bosniyalı futbolçu Veldin Muharemoviçin “Xəzər Lənkəran”dan şikayə etməsi və FİFA-nın ona görə cənub klubuna transfer qadağası qoyması ilə bağlı xəbərlərə münasibət bildirib: “Biz futbolçunun Avstriyada baxışda olduğunu və hətta komanda ilə səfər getdiyini bilirdik. Amma sonda baş məşqçi ondan imtina etdi. FİFA da onun maddi iddiasını təmin etmədi. O ki qaldı, transfer qadağasına, belə bir şey olduğu halda FİFA öz saytında rəsmi məlumat yayır. Necə ki, keçən il “Barselona”, “Roma” və “Çelsi ”yə qoyulan qadağalar haqqında məlumat yayılmışdı. Veldin Muharemoviçlə bağlı belə bir açıqlama və ya məktub olmayıb. Üstəlik qeyd olunur ki, klubun gəncləşdirmə siyasəti qadağa ilə eyni vaxta düşüb. Məncə, qadağaya görə legionerləri göndərmirlər, komandada saxlayırlar. Əgər biz transfer edə bilməyəckdiksə, əlimizdəki legionerləri heyətdə saxlayardıq”.