“Qafqazinfo” “Apasport.az” saytına istinadən xəbər verir ki, kamerunlu hücumçu Etamenin meneceri “ağ-yaşıllar”la əlaqə saxlayıb, müştərisinin yaxın günlərdə hazırlığa gələcəyini deyib. O, cənub klubundan 2 gün vaxt istəyib. Klub rəhbərliyi bununla razılaşıb və əgər forvard bu müddət ərzində heyətə gəlməsə, onunla bağlı FİFA-ya şikayət olunacaq.
Sadio Tounkaradan isə heç bir xəbər yoxdur. Klub onunla əlaqə saxlamaq istəsə də, telefonuna zəng çatmır. Artıq “Xəzər Lənkəran” malili yarımmüdafiəçidən FİFA-ya şikayət edib.
Son xəbərlər
Son Xəbərlər