“Xəzər Lənkəran”ın 6 xalı silindi

xezer-lenkeranin-6-xali-silindi-
Oxunma sayı: 654

“Qafqazinfo”nun AFFA-ya istinadən məlumatına görə, FİFA-nın Nizam-İntizam Komitəsinin 30.11.2011-ci il tarixli qərarının 3-cü hissəsinin 4-cü bəndinə (Bu müddət ərzində borc ödənilmədiyi təqdirdə futbolçunun tələbinə əsasən klubun əsas komandasından təxirə salınmadan 6 xal çıxılsın. Xalların çıxılması yerli assosiasiya tərəfindən həyata keçirilsin) və FİFA-nın Nizam-İntizam Komitəsinin 29.03.2012-ci il tarixli təlimat məktubuna əsasən AFFA-nın İntizam Komitəsi tərəfindən aşagıdakı qərar qəbul olunub:
1. Unibank Premyer Liqası yarışlarında “Xəzər Lənkəran” FK-nun cari mövsümdə aktivindən 6 xal çıxılsın.

2. AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda çıxış edən klubların nəzərinə çatdırılır ki, analoji hadisə ilə qarşılaşmamaları üçün FİFA, UEFA, AFFA və Lisenziyalaşdırmanın bütün tələbləri yerinə yetirilməlidir.

Xatırladaq ki, FİFA “Xəzər Lənkəran”ı komandanın keçmiş oyunçusu Ramulo Silvanoya borc məbləğinə görə cəzalandırıb. Beləliklə, 51 xalla turnir cədvəlində 2-ci yerdə olan “Xəzər-Lənkəran”ın 6 xalı silinərək, 4-cü yerdə kifayətlənib.