"Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Türkiyəyə yollanıb.
“Qafqazinfo” futbol11.az-a istinadən xəbər verir ki, Məmmədov hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ukraynanın "Şaxtyor” klubunun düşərgəsində 1 həftə təcrübə keçəcək.
PRO lisenziya almaq üçün Ukraynada bir neçə kursda iştirak edən Məmmədov məhz bu səbəbdən də "Şaxtyor”un düşərgəsinə dəvət alıb. O, 1 həftə ərzində "Şaxtyor”un baş məşqçisi Mirça Luçeskunun təcrübəsindən yararlanmağa çalışacaq.
Qeyd edək ki, Elbrus Məmmədov fevralın 6-da ölkəmizə qayıdacaq.
Son xəbərlər
Son Xəbərlər