“Xəzər Lənkəran”ın daha bir rəqibi bəlli oldu

xezer-lenkeranin-daha-bir-reqibi-belli-oldu
Oxunma sayı: 866


“Qafqazinfo” xəbər verir ki, yanvarın 5-dən qardaş ölkədə təlim-məşq toplanışında olan "ağ-yaşıllar"ın yoxlama oyunu keçirəcəyi daha bir rəqibi bəlli olub.

Bu, Almaniya çempionatının 3-cü liqasında mübarizə aparan və turnir cədvəlində 12-ci yeri tutan “Kemnitzer” klubudur. Elbrus Məmmədovun yetirmələri bu komanda ilə yanvarın 14-də üz-üzə gələcəklər. 

Qeyd edək ki, cənublular ilk yoxlama matçını yanvarın 10-da Türkiyənin “Təkirdağspor” komandasına qarşı keçirəcək. Bundan əlavə, lənkəranlılar daha 3 yoxlama matçına çıxacaq. Həmin rəqiblərin adları isə hələlik məlum deyil.