“Xəzər Lənkəran”ın futbolçusu “Böyük oyun” barəsində danışdı

xezer-lenkeranin-futbolcusu-boyuk-oyun-baresinde-danisdi
Oxunma sayı: 1107


“Qafqazinfo” “Xəzər Lənkəran”ın müdafiəçisi Villian Tyeqonun idmanxeber.com-a verdiyi müsahibəni rəqdim edir:

- Həftəsonu "Neftçi"ylə "Böyük oyun"a çıxacaqsınız. İlk dəfə bu həyəcanı sən də yaşayacaqsan. Bu matçla bağlı nə deyərdin?

Bu cür oyunlar çempionatın digər matçlarından fərqlənir həmişə. Biz də bu oyuna ciddi hazırlaşırıq. İlk dəfə  bu debridə forma geyinəcəm.

- Lider "Qəbələ"dən 14 xal gerisiz. Bu fərqi aradan qaldırmaq üçün çox çalışmalı olacaqsız.

Hələ qarşıda 17 tur qalır. Növbəti oyuna fikirləşə-fikirləşə məqsədimizə çata bilərik. İndidən nəsə demək olmaz.

- "Qarabağ"la oyunda debüt etdin. Öz oyunundan razı qaldınmı?

Mənim bacarığım daha artıqdı. Mən bilirəm ki, komandaya daha çox xeyir verə bilərəm. İlk oyunda qələbə qazanmağımız yaxşı haldı və düşünürəm ki, bunu müsbətə yozmaq olar.  

- "Qarabağ" üzərindəki qələbənin davamını gətirə biləcəksinizmi?

Biz çox istəyirik ki, bütün oyunlarda qələbə qazanaq və azarkeşlərimizi sevindirək. Əlimizdən gələnin ən yaxşısını edəcəyimizə heç kəsin şübhəsi olmasın.

- "Neftçi"ylə oyunda "Xəzər Lənkəran" azarkeşlərinə qələbə sözü verirsənmi?

Onu deyə bilərəm ki, meydanda canımızı qoyacağıq. Qələbə haqda isə tam söz verə bilmərəm. Çünki futbolda nəticə hər dəfə fərqli olur. Bəzən çox hücum edərsən ancaq bəxtsizlik səndən üz döndərər, bəzən də bir qol imkanın olar və ondan yararlanarsan. Vəziyyət bax belədi.