“Xəzər Lənkəran”ın kapitanı – - "Rəhbərlik yaxşı olacaq desə də…"

xezer-lenkeranin-kapitani-
Oxunma sayı: 1749


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev deyib. 

O, dünən Topaz Premyer Liqasının 28-ci turunda “İnter”ə 0:2 hesabı ilə uduzduqları oyundan danışıb: “Bizim hazırda çempionatda heç bir hədəfimiz yoxdur. Sadəcə yaxşı oyun göstərib azarkeşlərimizi sevindirməliyik. Məşqçi də bunu deyib. Çıxın öz oyununuzu oynayın. Motivasiya olmadan oynamaq çətindir. Oyunda penalti oldu və hakimin qərarını haqlı sayıram”.

Cənubluların yarımmüdafiəçisi növbəti turda “Neftçi” ilə baş tutacaq oyun haqqında isə bunları deyib: “Neftçi”yə qarşı hər zaman xüsusi motivasiya olub. Onları məğlub etməyə çalışacağıq. Ən azı azarkeşlərimiz üçün. Çünki indiki vəziyyətdə belə onlar bizi tək buraxmır. Onlara “sağ ol” deyirəm. “Böyük oyun”da da bizə tam dəstək verəcəklərinə inanıram”.

Əmirquliyev komandanın növbəti mövsümdən yenidən iddialı olacağı ilə bağlı gəzən xəbərlərə də münasibət bildirib: “Rəhbərlik bizə yaxşı olacağını deyir. Amma yenə də dəqiq bilinən bir şey yoxdur. Mən istərdim ki, “Xəzər Lənkəran” həmişəki kimi yenə iddialı olub çempionluğa oynasın. Mənim klubla müqaviləm var. Növbəti mövsüm yenə bu vəziyyət olsa belə, komandada qalmalıyam. Ancaq rəhbərlik istəməsə, çıxıb gedə bilərəm”.